Uşaq şarı Ermənistanı qorxuya saldı

28 May, 2018 10:24 | Siyasət | Baxış sayı: 144
Şar
Şar

Ermənilər oyuncağı "casus" biliblər

Türkiyə istiqamətindən gəldiyi deyilən hava şarı erməniləri təşvişə saldı. Erməni mətbutı Türkiyənin demək ki, artıq Ermənistana hücum etməsi barədə gülünc xəbərlər yaymağa başladı.

Ölkənin Təhlükəsizlik Xidməti xüsusi bəyanatla çıxış etməli olub. Orada deyilir ki, səmada naməlum bir cismin görülməsi ilə bağlı mətbuatda yer alan müxtəlif dedi-qodunun heç bir əsası yoxdur.

Mütəxəssilər müəyyən ediblər ki, bu adi uşaqlar üçün nəzərdə tutulan hava şarıdır. Belə oyuncağı isə İrəvanın istənilən mağazasından almaq olar. Ona görə erməni mətbuatının bu şarla Türkiyənin Ermənistanın hava sərhəddini pozmağa başlaması haqqında yazdıqları yersizdir. 

Qeyd edək ki, emrəni mətbuat hər zaman “obyektivliyi”, "düzgünlüyü" ilə seçilib. Yalan yaymaqda onlar dünya mətbuatı siyahısında qabaq yerlərdən birini tutur. 

Hava şarı Türkiyə-Ermənistan sərhədindəki Yeni Amasiya kəndi yaxınlığında düşüb. Şarı kənd sakinləri tapıblar. Hava şarını görənlərdən bəziləri onu idarəetmə pultu, bəziləri isə müşahidə kamerası adlandırıblar. Onlar elə fikirləşiblər ki, bu “casus aparatı” kəşfiyyat məqsədi ilə Türkiyə tərəfindən göndərilib.