Prezident: "Azərbaycan Ordusu ən güclü 50 ordu sırasındadır"

28 May, 2018 15:02 | Siyasət | Baxış sayı: 98
İlham Əliyev
İlham Əliyev

İlham Əliyev AXC-nin süqutunu xalqım faciəsi adlandırıb

“Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır və  biz bunu döyüş meydanında da sübut etmişik.  2016-cı ilin aprelində ordumuzun təmas xəttindəki şanlı zəfəri bir daha onu göstərir ki,  güclü ordu müstəqilliyin qarantıdır”.

Bunu bu gün Azərbaycan prezidenti İlham ƏliyevAzərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərarların əhəmiyyətini vurğulayan dövlət başçısı deyib ki, heç vaxt Azərbaycanın tarixi torpaqlarında ikinci Erməni dövləti yaradılmasına imkan verilməyəcək. 

Prezident AXC-nin fəaliyyətindən bəhs edərək bildirib ki, xalqımız müsəlman Şərqində ilk demokratik respublikanın yaradılması ilə haqlı olaraq fəxr edə bilər. Dövlət başçısı bildirib ki, dövlət Xadq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır, onların adları əbədiləşdirilib.

“23 aylıq fəaliyyəti dövründə Xalq Cümhuriyyəti böyük işlər görüb. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilib, Milli Ordunun əsası qoyulub, 200-dən çox qanun qəbul edilib, qadınlara səsvermə hüququ verilib, Bakı Dövlət Universiteti yaradılıb. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu xalqımızın böyük faciəsidir. Əminəm ki, müstəqillik əldən verilməsəydi hazırda Azərbaycan dünyanın ən zəngin ölkərindən biri idi".