Prezident AXC-nin 100 illiyini belə qeyd etdi

28 May, 2018 09:38 | Siyasət | Baxış sayı: 73
İlham Əliyev İstiqlal abidəsini ziyarət edib
İlham Əliyev İstiqlal abidəsini ziyarət edib

İlham Əliyev İstiqlal abidəsini ziyarət edib

Bu gün prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni milli bayram - Respublika Günü münasibətilə ziyarət edib.

Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı abidənin önünə əklil qoyub.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Bu gün müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 100 il ötür. 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan AXC yarandı. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir.

2017-ci il mayın 16-da Prezident İlham Əliyev "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilib.