Bakıda bu gün 6 yerdə konsert olacaq

28 May, 2018 11:20 | Siyasət | Baxış sayı: 283
Hərbi orkestr
Hərbi orkestr

Konsert 2 saat davam edəcək

Respublika Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq. Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, 28 May - Respublika Günü münasibətilə bu gün saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olacaq.

Orkestrlər müəyyən edilmiş 6 yerdə çıxış edəcəklər:
- Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);
- Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə);
- Fəvvarələr meydanında;
- Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
- Zərifə Əliyeva parkında;
- Zabitlər parkında.