Paşinyanın Qarabağ oyunu - Ermənistanda nə baş verir?

28 Aprel, 2018 09:48 | Siyasət | Baxış sayı: 270
İrəvanda mitinqllər - 22 aprel
İrəvanda mitinqllər - 22 aprel

Erməni müxalif rus bazası olan Gümriyə getdi

İrəvanda vəziyyət nisbətən sakitləşib, Gümri də isə əksinə etirazçılar  artıb. Müxalifət lideri Nikol Paşinyan xüsusi faytonla bu şəhərə gəlib və qoşuldusğu aksiyalarda öz siyasi priotetlərini açıqlayıb.

O, qeyd edib ki, Ermənistan heç vaxt KTMT-dən çıxmayacaq. “Biz bu təşkilatın daha effektiv olması və Ermənistan, o cümlədən Dağlıq Qarabağın təhlükəsizliyinə daha ciddi zəmanət verməsi üçün səylərimizi artırmalıyıq”.

Görünür ki, baş nazir olmaq istəyən Paşinyana Rusiyanın artıq hərbi kanalları ilə KTMT-nin heç bir vəchlə Qarabağ münaqişəsinə qoşulmayacağı barədə bəyanatını unudub.

Aksiyaların rəhbəri Gümridəki mitinqdə deyib ki, əgər baş nazir postuna Respublika partiyasından kimsə seçilərsə siyasi böhranı həll etmək mümkün olmayacaq.

Baş nazir vəzifələrini icra edən Karen Karapetyan isə ölkədəki vəziyyətə görə hakimiyyətin günahkar olduğuu etiraf edib. “Biz etiraf etməliyik ki, işimiz sayəsində dözümsüzlük atmosferi yaranıb. Bu vəziyyətdən birlikdə çıxış yol tapmalıyıq”. O yenidən Paşinyanı siyasi arenanı monopoliyalaşdırmamağa çağırıb.

Mətbuatın məlumatına görə, bir qrup rusiyalı deputat artıq Paşinyanla görüşmək üçün Ermənistana gəlib.