Paşinyan KTMT üçün Qarabağ şərti qoydu

28 Aprel, 2018 18:47 | Siyasət | Baxış sayı: 2027
KTMT qoşunları
KTMT qoşunları

Rusiya ciddi tərəddüd qarşısında qalıb

Ermənistanın şimal şəhərlərinə - Gümrüyə, Vanadzora, İcevana və Dilicanda etiraz mitinqləri keçirən Nikol Paşinyan Rusiya qarşısında yeni Qarabağ şərti qoyub.

İstiPress-in məlumatına görə, Gümrüdə dünən axşa çıxış edən Paşinyan Rusiya ilə bağlı açıq danışıb:

“Biz Rusiyanın düşmənləri deyilik. Xüususilə də öz düşmənimiz deyilik ki, ölkəni avantüra yolu ilə aparaq. Mən hakimiyyətə gəldikdən sonra heç bir geo-siyasi dəyişiklik olmayacaq”,- deyə “news.am” Paşinyanın sözlərini dərc edib.  

O, mitinq iştirakçılarına söz verib ki, baş nazir olarsa, Ermənistan KTMT-dən çıxmayacaq. Lakin o, Qarabağdakı işğal rejimi və Ermənistanın özü üçün daha böyük zəmanətlər tələb edəcəyini və KTMT ilə münasibətləri təkmilləşdirəcəyini bildirib. Dolayısı ilə o, Dağlıq Qarabağı KTMT zonasına salmağı, yəni daha doğrusu Dağlıq Qarabağı, tanınmamış olsa da, Abxaziya və Cənubi Osetiya kimi KTMT-yə üzv eləməyə çalışacağını bildirib.

Ola bilər ki, Rusiya Paşinyanın vədləri qarşısında müəyyən qədər şirnikə bilər. Çünki Rusiyanın inandığı kadr Karen Karapetyan hələ partiyalarının baş nazirliyi konkret nümayəndələrinin adını açıqlamaqdan çəkinib. Yəni Moskva Paşinyanı öz tərəfinə çəkməklə bağlı tərəddüd edə bilər. Amma Paşinyanı Gümrü və digər şəhərlərdə Kanada ermənilərinin müşayiət etməyi də Moskvanın diqqətindən qaça bilməz.

Nikolay Rıjkov Ermənistan parlamentində çıxış edir
Nikolay Rıjkov Ermənistan parlamentində çıxış edir

İrəvana səfər etmiş Rusiya deputatları da Ermənistan parlamentində Paşinyan barədə elə də hörmətlə danışmayıblar. “Qraparak” qəzetinin yazdığına görə, Nikolay Rıjkov hətta Paşinyanı «axmaq» adlandırıb. Müxalifətçi deputatlar Naira Zohrabyan və Edmon Marukyan buna etiraz edərək parlamenti tərk etsələr də, Ermine Naqdalyan və başqa hakim partiya təmsilçiləri Rıjkovu müdafiə ediblər.       

Daha öncə də “RBK”ya müsahibə verən Paşinyan nə Avrasiya İttifaqını, nə də KTMT-in tərk etmək niyyətlərində olmadığını bildirmişdi. Sadəcə, o, Avrasiya İttifaqında Ermənistan üçün daha əlverişli şərtlər istədiyini demişdi. Tələbi bu idi ki, Rusiya ilə Ermənistan bir-birlərinə eyni səviyyədə dəstək versinlər. Yəni iddia edir ki, Ermənistan Krımın Rusiya tərəfindən ilhaqını legitim sayırsa, Rusiya da Qarabağla bağlı eyni addımı atıb onun Ermənistan tərəfindən ilhaqını qəbul eləsin. Yəni o, Rusiyadan Qarabağda müharibə zamanı Ermənistan tərəfdən açıq müharibəyə girməyi tələb edirdi.

Belə görünür ki, Rusiya Azərbaycanı və bütün türk-islam aləmini qarşısına almaq niyyətində deyil və Qarabağda Ermənistana gizli dəstəyi ilə kifayətlənmək istəyir. Bu cür təzyiq vasitəsi ilə Azərbaycanı da öz neo-imperiya qurumlarına daxil etmək niyyətindədir. Yoxsa Paşinyanın əyilmiş boynuna çoxdan qul xaltası keçirərdi.