Erməni erməniliyindən utandı

28 Aprel, 2018 11:55 | Siyasət | Baxış sayı: 206
İrəvanda polislə Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edənlərin toqquşması
İrəvanda polislə Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edənlərin toqquşması

Politoloq etiraz edən erməniləri zibilə bənzətdi

Rusiyanın erməni icması Ermənistanda baş verən hadisələri müzakirə etmək üçün toplanıb. Toplantı Moskavada baş tutub.

Çıxış edənlər arasında icmanın rəhbəri politoloq Andranik Miqranayan da olub. O, mitinq edənləri zibil adlandırıb. Bundan başqa erməni olduğu üçün də çox utandığını deyib.  

Xatırladaq ki, Ermənistanda aksiyalar aprelin əvəllindən başlayıb. Etirazçıların əsas tələbi Serj Sarkisyanın baş nazir postundan getməsi və hökumətin istefası olub.

Nikol Paşinyanın rəhbərlik etdiyi aksiyalar nəticəsində Sarkisyan istefa verməyə məcbur olub. Lakin hələlik müxalifətin digər tələbləri yerinə yetirilməyib.