Azərbaycan Çin silahları alır?

28 Aprel, 2018 12:22 | Siyasət | Baxış sayı: 382
Nazir Çində
Nazir Çində

Nazir yüksək texnologiyalı məhsullar istehsal edən şirkətə getdi

Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkənin müdafiə sənayesi sahəsində yüksək texnologiyalı məhsullar istehsal edən “CETC İnternational” şirkətini ziyarət edib.

Müəssisənin rəhbərliyi ilə görüşdə Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.

Sonra Müdafiə naziri şirkətin istehsal etdiyi hərbi təyinatlı döyüş vasitələrinə baxıb. Bildirilib ki, şirkət əsasən elektron komponentlərin və elektron avadanlığın istehsalı ilə məşhurdur.

Dünyanın 100-dən çox ölkəsi ilə əməkdaşlıq edən “CETC İnternational” şirkəti hazır məhsullar çeşidinin yüksək səviyyəsi ilə seçilir.