Azərbaycanın qonşularında vəziyyət necədir?

28 Mart, 2020 14:28 | Siyasət | Baxış sayı: 193
Koronavirus
Koronavirus

İranda bir gündə 3 mindən çox adam yoluxub

İranda ötən sutka ərzində daha 3 076 nəfər yeni koronavirusa (COVID 19) yoluxub. İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin məlumatına görə, ümumilikdə İranda bu virusa yoluxanların sayı 35 408 nəfərə yüksəlib.

Nazirlik rəsmisi bu virus nəticəsində ötən sutka 139, ümumilikdə isə indiyədək 2 517 nəfərin öldüyünü təsdiqləyib. 3 206 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir. İndiyədək virusdan sağalanların sayı 11 679 nəfər olub.

Azərbaycanın Şimal qonşusunda virus daşıyıcılarının sayı son sutka ərzində artıb. Rusiyada 1264 nəfərin koronavirusa yoluxduğu açıqlanıb. Yoluxmalar ölkənin 62 regionunda qeydə alınıb. 49 nəfər sağalıb. Dörd nəfər isə ölüb. 

Daha bir qonşumuz olan Türkiyədə ötən günə olan məlumata görə, 92 nəfər ölüb. Virus daaşıyıcılarının sayıə da 5 min nəfəri keçib. 

Gürcüstanda koronavirusa yoluxanların sayı artaraq 85 nəfərə çatıb. Hazırda Gürcüstanda 4641 nəfər karantin rejimində saxlanılır, 239 nəfər isə stasionar şəraitdə həkim nəzarətindədir. Bu günədək 14 nəfər koronavirusdan müalicə olunub.

Xatırladaq ki, dünyada koronavirus qurbanlarının sayı 23 335 nəfərə çatıb. İnfeksiyaya 509 164 yoluxma təsdiq edilib. Son sutka ərzində virusa 46 000 nəfər yoluxub, 2 501 nəfər isə dünyasını dəyişib.