Ermənistan ordusunda “oğru sxodkası”nın Qarabağ qərarı

28 Mart, 2019 16:19 | Siyasət | Baxış sayı: 938
Ermənistan ordusunun Qarabağdakı hərbi hissəsi
Ermənistan ordusunun Qarabağdakı hərbi hissəsi

Nazirlər və siyastəçilər övladlarını qorumaq üçün ölkədən çıxarırlar

İranla sərhəd Meğri şəhərində yerləşən hərbi hissədə baş vermiş “oğru üsyanı” bütün Ermənistanı şoka salıb.

İstiPress-in məlumatına görə, “oğru” təfəkuürlü bir neçə əsgər bütöv bir polku qiyama qaldıraraq zabitləri tabe olmamağ çağırıb. Ermənistanın popluyar analitika portalı «Lragir»in yazdığına görə, qiyamçı əsgərlər hərbi hissəni tərk edərək Meğri küçələrinə çıxaraq Qarabağa getməməyə çağırımışlar, “Oğrulara həyat, polisə ölüm” şüarı qışqırırmışlar. 

Lragir”in şərhçisi Naira Ayrumyan vurğulayır ki, Ermənistan ordusunda əzəl başdan olan kriminal təfəkkür getdikcə güclənir və buna misal kimi üsyan baş vermiş hərbi hissədə marixuana becərildiyini də göstərir. Onun sözərindən belə çıxır ki, kriminal təfəkkür Ermənistan ordusunun bütün hərbi hissələrinə, o cümlədən Qarabağdakı hərbi hissələrə də hakimidir: “Dünən Qarabağda, ilkin məlumatlara görə, əsgər öz xidmət yoldaşını öldürüb. O, bildirib ki, bunu bir daha edərdi, çünki onu daima alçaldıblar”.

Əslində, Ermənistan ordusu üçün bu cür kriminal təfəkkür yeni bir şey deyil - hələ 1980-cillərin sonlarında - 1990-cı illərin sonlarında bu ordunun yaradılmasına  kriminal ünsürlərin böyük rolu olub. Məsələn, Avropa və Amerika həbsxanalarında iz qoymuş məşhur terrorçu Monte Melkonyan Ermənistanın milli qəhrəmanıdır. Artaşat rayonunda KamAZ-la uşaq vurmuş, buna görə Qarabağda qaçıb gizlənən keçmiş dustaq Manvel Qriqoryan general və Ermənistan müdafiə nazirinin müavini təyin edildi. Yaxud keçmiş dustaq, heç bir təhsili olmayan Samvel Babayan sonradan general oldu və Qarabağdakı işğal ordusunun komandirliyinə qədər qaldırıldı.

Robert Koçaryan, Monte Melkonyan, Bako Saakyan və Samvel Babayan Xocalı soyqırımı zamanı
Robert Koçaryan, Monte Melkonyan, Bako Saakyan və Samvel Babayan Xocalı soyqırımı zamanı

Belə misallar çoxdur. Ermənistan ordusunda hətta komandirlər arası münasibət də kriminal üsullarlda tənzimlənir. Məsələn, 2015-ci ildə Geqarkunik marzının (Göyçə mahalının - red.) Zod kəndində yerləşən hərbi hissənin komandir ionu yoxlamağa gəlmiş təhlükəsizlik zabitinə qarşı “sxodka” təşkil edib günahkar çıxarmışdı. Nəticədə, təhlükəsizlik zabiti komandir başda olmaqla hərbi hissənin zabitləri tərəfindən qrup halında zorlanmışdı.      

Bu faktlar Ermənmistanda hər kəsə məlumdur və bununla bağlı mütəmadi olaraq məhkəmə işləri gedir. Erməni jurnalist Mamikon Babayan “Vestnik Kavkaza” portalında yazdığı məqaləsində bildirir ki, siyasətçilər və hökumət üzvləri övladlarını kriminal mühitdən qorumaq üçün əsgər getməyə qoymurlar. Məsələn, keçmiş baş nazirlər Karen Karapetyan və Ovik Abramyanın övladları əsgər getməyiblər. Müxalifət lideri, oliqarx Qaqik Sarukyanın da kürəkəni də əsgər getməyib. 

Amma kasıblar bu cür imtiyazdan yararlana bilmirlər və onların övladları ön cəbhədə xidmət keçir. Ümumiyyətlə, Ermənistanda uşaqları əsgər gedən vətəndaşlar da kastalara bölünür: ən kasıblar - övladları Qarabadla ön cəbhədə qulluq edirlər; nisbətən imkanlılar - hərbi komissarlıqda müəyyən qədər “hörmət” naminə uşaqlarını Qarabağda, amma artileriya, təsərrüfat hissələri kimi cəbhə xəttindən uzaq yerlərdə xidmət edənlər; orta səviyyəyə yaxın olanlar - övladları Ermənistan ərazisində xidmət edirlər.

Görünür, öz övladını Qarabağa xidmətə göndərmiş Paşinyan dönüş etməyə, gəncələri hərbi xidmətə həvəsləndirməyə çalışır. Təbii ki, bunun üçün orduda kriminal mühit maksimum səviyyədə azaldılmalıdır. Amma belə görünür ki, bu cür islahat niyyəti ordu tərəfindən hətta komandanlıq səviyyəsində xoş qarşılanmır. Məsələn, "İravunk" qəzetinin yazdığına görə, bu günlərdə Paşinyanın komandasından olan deputatlarla müdafiə naziri David Tonoyan arasında insident olub. Tonoyan deputatları ordunun işinə müdaxilə etməməyə çağırıb.