Rusiyadan 33 şəhidlə bağlı ilk açıqlama - "Türk əsgərlər orada olmamalı idi"

28 Fevral, 2020 10:44 | Siyasət | Baxış sayı: 185
İdlib
İdlib

Suriya ordusu hücuma cəhd edən terrorçuları atəşə tutub

Rusiyanın Müdafiə Nazirliyi İdlibdə 33 Türkiyə hərbçisinin həlak olması ilə əlaqədar açıqlama verib. İstiPress-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, türk hərbçilərinin olduğu nöqtələrdə Rusiya Hava Qüvvələrinin əməliyyat keçirmədiyi bildirilib. 

Açıqlamada Türkiyənin İdlibdəki hərbçilərinin mövqeləri ilə bağlı Rusiyaya məlumat vermədiyi və Türkiyə əsgərlərinin o ərazidə olmamalı olduğu vurğulanıb. 

Məlumata görə, ötən gün terorçu qruplaşma olan "Hayat Tahrir aş-Şam" Behun yaşayış məntəqəsində Suriya ordusunun mövqelərinə hücuma cəhd edib. Suriya ordusu bu cəhdə cavab verib. Nəticədə Türkiyə hərbçiləri də atəşə məruz qalıblar.

Türk hərbçilərin şəhid olması barədə məlumat aldıqdan sonra Rusiya tərəfi atəşin dayandırılması və ölənlərin, yaralıların Türkiyəyə evakuasiyası üçün tədbirlər görüb.

Xatırladaq ki, baş verən hücum nəticəsində 33 türk hərbçisi şəhid olub.