İstanbulda Rusiya konsulluğu önündə aksiya

28 Fevral, 2020 09:29 | Siyasət | Baxış sayı: 64
İstanbuldakı Rusiya konsulluğu
İstanbuldakı Rusiya konsulluğu

Türklər Suriyadakı şəhidlərin qisasının alınacağını deyiblər

İdlibdə 33 türk hərbçisinin şəhid edilməsi xəbərindən sonra bu gücə İstanbuldakı Rusiya konsulluğunun önündə aksiya keçirilib. Bir qrup fəal gecə saatlarında konsulluq binası önünə toplaşıb. 

Onlar İdlibdə vəziyyətin gərginləşməsində Suriya və Rusiyanı günahlandırıb. Etiraz edənlər  "şəhidlər ölməz. vətən böğlünməz",  "Mehmetçiyə uzanan əllər qırılsın", "Şəhidlərin qisası alınacaq" kimi şüarlar səsləndiriblər. 

Xatırladaq ki, daha əvvəl İdlibdə Bəşər Əsəd rejimi qüvvələri Türkiyə Silahlı Qüvvələrinin əsgərlərinə hücum edib. Nəticədə Türkiyənin 33 əsgəri şəhid olub. Türkiyə ordusu qarşı tərəfin mövqelərinə cavab zərbələri endirib. Prezidentin rəhbərliyi ilə Təhülkəsizlik şurasının 6 saat davam edən iclası keçirilib. İclasda misli ilə cavab tədbirləri görmək haqqında qərar qəbul edilib.