Gürcüstanda daha bir nəfər koronavirusa yoluxdu

28 Fevral, 2020 17:59 | Siyasət | Baxış sayı: 51
Koronavirus
Koronavirus

Koronavirusa yoluxan şəxsin İtaliyadan gəldiyini bildirib

Gürcüstanda daha bir nəfərin koronavirusa yoluxduğu məlum olub.

İstiPress-in məlumatına görə, bunu ölkənin Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib. O, koronavirusa yoluxan şəxsin İtaliyadan gəldiyini bildirib.

A.Qamkrelidze Tbilisi İnfeksion Xəstəxanasında olanlar arasında daha bir neçə nəfərdə koronavirus aşkarlanacağını da istisna etməyib.

Qeyd edək ki, qonşu ölkədə koronavirusa ilk yoluxma halı fevralın 26-da aşkar olunub. Virusun təsdiq olunduğu həmin şəxs İrandan Azərbaycan vasitəsilə Gürcüstana qayıdıb.