Əsəd ordusu bomba yağdırdı - Türkiyə 33 şəhid verdi VİDEO

28 Fevral, 2020 08:45 | Siyasət | Baxış sayı: 285
Türkiyə hərbçiləri
Türkiyə hərbçiləri

Ərdoğan 6 saatlıq iclas keçirdi - misli ilə cavab olacaq

İdlibdə Bəşər Əsədə sadiq olan Suriya qoşunların aviazərbələri nəticəsində Türkiyə Silahlı Qüvvələri çox sayda itki verib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, 33 hərbçi zərbələr nəticəsində şəhid olub. Bu barədə Hatay valisi Rahmi Doğan bildirib.

Onun sözlərinə görə, hazırda yaralı olan hərbçilər intensiv müalicə alır və onların həyati təhlükəsi yoxdur.

"Xəstəxanadakı yaralı hərbçilərimizin də həyati təhlükələri var. hazırda xəstəxanalarda 32 yaralımız var".

Qeyd edək ki, baş verən hadisə ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beştəpədəki Prezident Adminstrasiyasında Müdafiə naziri Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidanın iştirakı ilə təcili toplantı keçirilib. Toplantı 6 saata yaxın davam edib. 

Rabitə naziri Fahrettin Altun təhlkükəsizlik toplantısında cavab zərbələri endirmək barədə qərar qəbul edildiyini bildirib. "Hava və qurudan rejimin bilinən bütün hədəfləri atəş altına alınıb. Alınmaya da davam edəcək". Nazir bildirib ki, misli ilə cavab veriləcək. 

33 hərbçinin şəhid olması xəbərindən sonra TSK  Əsəd ordusuna vurduğu zərbələri əks etdirən görüntüləri paylaşıb. Məlumatda qeyd edilir ki, fevralın 10-dan bu yana İdlibdə 1709 rejim tərəfdarı zərərsizləşdirilib.  Onlarla hərbi texnika - o cümlədən 55 tank, 3 helikopter, 18 zirehli maşın məhv edilib.