Ərdoğan Putinə zəng etdi

28 Fevral, 2020 15:59 | Siyasət | Baxış sayı: 161
R.T.Ərdoğan
R.T.Ərdoğan

Söhbət Türkiyə dövlət başçısının təşəbbüsü ilə baş tutub

Rusiya və Türkiyə Prezidentləri arasında növbəti telefon danışığı olub.

İstiPress-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov məlumat verib.

Onun sözlərinə görə, söhbət Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə baş tutub: “Söhbət ətraflı olub və İdlib de-eskalasiya zonası ilə bağlı ilkin razılaşmaları yerinə yetirmək üçün hər şeyi etməyin lazım olduğuna həsr olunub”.

Kremlin Mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Prezidenti Vladimir Putin danışıq zamanı Suriyadakı beynəlxalq terror qruplaşmalarına qarşı mübarizə məsələlərinin prioritet olduğunu qeyd edib.