Çinə gedib-gələn prezident karantinə yerləşdirildi

28 Fevral, 2020 12:56 | Siyasət | Baxış sayı: 127
Monqolustan və Çin prezidentləri
Monqolustan və Çin prezidentləri

Xaltmaa Battulqa koronavirusdan danışmaq üçün Çinə getmişdi

Monqolustan prezidenti Xaltmaa Battulqa koronavirusla əlaqədar karantinə yerləşdirilib. Karantinə onu müşayiət edən nümayəndə heyəti də yerləşdirilib. Bu barədə qərar onun Çinə səfərindən sonra qəbul edilib. Prezident və heyəti 14 gün karantində qalacaq. 

Monqolustan prezidentinin Çinə səfərində məqsəd koronavirusla bağlı mübarizə məsələlərini müzakirə etmək olub. O, Çində dövlət başçısı Çin rəhbəri Si Tszinpin ilə görüşmüşdü. 

Prezident və nümayəndə heyətinin koronavirusa yoluxub-yoluxmadıqları barədə məlumat verilmir. Karantin qərarının tədbir məqsədi ilə verildiyi bildirilir.