Azərbaycan Türkiyədən hərbi texnika alır

28 Fevral, 2020 12:25 | Siyasət | Baxış sayı: 82
Tank
Tank

Bu Zakir Həsənov və Hulusi Akar arasında imzalanan razılığa əsasən baş tutacaq

"Azərbaycanlı zabit və kursantlar Türkiyənin hərbi-təhsil müəssisələrində təhsil ala biləcək və bu ölkədən Azərbaycan Ordusunun döyüş qabiliyyətini artıracaq müasir silah-sursat və hərbi texnika ölkəmizə tədarük olunacaq”. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. 

Onun sözlərinə görə, fevral ayının 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və türk həmkarı Hulusi Akar arasında hərbi-maliyyə əməkdaşlığına dair saziş və maliyyə yardımı haqqında protokol imzalanıb.

Onun sözlərinə görə, bu günədək Türkiyə Respublikasında keçirilən müxtəlif ixtisas kurslarında Azərbaycan Ordusunun 9 minə yaxın nümayəndəsi iştirak edib. 
İki ölkə arasındakı hərbi əlaqələrin inkişafına təkan verən ən önəmli amillərdən biri də birgə hərbi təlimlərin keçirilməsidir. Buna misal olaraq “EFES”, “Anadolu Ankası”, “Qış Təlimi”, “Anadolu Ulduzu”, “Erciyes-2019”, “Anadolu Qartalı”, “Mustafa Kamal Atatürk”, “Sarsılmaz Qardaşlıq”, “TurAz Qartalı - 2019” və bu il keçiriləcək “Heydər Əliyev - 2020” təlimlərini göstərmək olar.