Tramp və Ərdoğan arasında kritik söhbət

28 Yanvar, 2020 09:39 | Siyasət | Baxış sayı: 93
ABŞ və Türkiyə liderləri
ABŞ və Türkiyə liderləri

İki lider arasında telefon danışığı baş tutub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ lideri Donald Tramp arasında telefon danışığı baş tutub. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, iki liderin əsas müzakirə mövzusu Liviya və Suriyanın İdlib şəhərindəki vəziyyət olub. 

Bundan başqa Tramp Türkiyə ilə Yunanıstan arasında Aralıq dənizindəki anlaşılmazlıqların həllinin önəmli olduğunu bildirib.

Amerika prezidenti bir neçə gün öncə Türkiyədə 41 nəfərin təlafatı ilə nəticələnən zəlzələ ilə bağlı başsağlığı da verib. 

xatırladaq ki, zəlzələ yanvarın 24-də axşam saat 21 radələrində Elazığda baş verib. Təkanların gücü 6,8 bal olub. Nəticədə şəhərdə onlarla bina dağılıb, 41 nəfər ölüb.