Mnatsakanyanla görüşün vaxtı və yeri bilindi

28 Yanvar, 2020 10:23 | Siyasət | Baxış sayı: 28
Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan
Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan

XİN başçıları bu dəfə Cenevrədə üz-üzə gələcək

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə növbəti görüşü yanvarın 29-30-da İsverçrənin Cenevrə şəhərində keçiriləcək.

Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva da təsdiqləyib.

“Bildiyiniz kimi, nazir Elmar Məmmədyarov bir müddət öncə yanvarın sonunda Ermənistan xarici işlər naziri ilə görüşün keçiriləcəyini bildirmişdi. Bu xüsusda növbəti görüşlə bağlı yayılan məlumatı təsdiq edərək bildirmək istərdim ki, yanvarın 29-30-da Cenevrədə nazir Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və erməni həmkarı Zöhrab Mnatsakanyan ilə görüşü keçiriləcək”.