AZAL-dan kornovirus yayılan ölkə ilə bağlı xəbərdarlıq

28 Yanvar, 2020 09:52 | Siyasət | Baxış sayı: 271
AZAL-ın təyyarəsi
AZAL-ın təyyarəsi

Çinə alınan biletlər cəriməsiz geri qaytarıla bilər

Çindəki epidemioloji vəziyyət səbəbindən “Azərbaycan Hava Yolları”nın 28 mart 2020-ci il tarixinədək yerinə yetirilən reyslərinə aviabilet əldə etmiş sərnişinlər uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri cərimə olunmadan geri qaytara biləcəklər. “Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən verilən məlumata görə, aviabiletlərin geri qaytarılması üçün sərnişin biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə müştəri xidmətləri ilə callcenter@azal.az elektron poçt ünvanı və yaxud saytdakı əks əlaqə forması vasitəsilə əlaqə saxlaya bilər. 

"Həmçinin qeyd etmək istəyirik ki, hər il fevral ayında “Azərbaycan Hava Yolları” Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsini müvəqqəti olaraq dayandırır.⠀
Bu, qeyd olunan ölkədə bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə izah olunur.⠀
Beləliklə, əvvəlki illərdə olduğu kimi, fevral ayından Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən etibarən yenidən fəaliyyətə başlayacaq".