Tramp qəfildən İraqa getdi FOTO

27 Dekabr, 2018 09:33 | Siyasət | Baxış sayı: 54
Tramp İraqda
Tramp İraqda

ABŞ prezidenti və arvadı hərbçilərlə 3 saat vaxt keçirib

ABŞ prezidenti Donald Tramp İraqa gözlənilməz səfər edib. Səfər zamanı birinci xanım melaniya Tramp da onu müşayiət edib. Ağ evin mətbuat katibi Sara Sandersin məlumatına görə, prezident İraqdakı ABŞ hərbçilərini ziyarət edib: "Prezident Tramp və birinci xanım bizim qoşunları və yüksək hərbi rəhbərliyi ziyarət etmək və onlara xidmətlərinə görə təşəkkür etmək üçün Milad bayramı gecəsi İraqa gediblər".

Tramp İraqda ancaq amerikalı hərbçilərlə görüşüb. "İraqdan çəkilməklə bağlı heç bir planımız yoxdur. Əgər Suriyada nə isə etmək istəsək İraqdan baza kimi istifadə edə bilərik", deyə prezident hərbçilərlə görüşündə qeyd edib. 

Tramp həmçinin ABŞ-ın bundan sonra dünya polisi rolunu oynamayacağını da qeyd edib. "Bu ağır yükün bizim üzərimizdə olması haqsızlıqdır". O, Vaşinqtonun başqa ölkələrin öz müdafiələri üçün amerikalı hərbçilərdən pulsuz istifadə etməsini istəmədiyini bildirib. 

ABŞ prezidentinin İraq səfəri 3 saat davam edib. Hərbi hissədə olan prezident İraqın baş naziri Adil Abdulmehdi ilə də görüşməyib. İki ölkə rəsmiləri arasında ancaq telefon danışığı olub.

İraqdan sonra Tramp Almaniyaya yola düşüb.