Prezidentə gələn təbriklər

27 Dekabr, 2018 08:43 | Siyasət | Baxış sayı: 11
 İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas
İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas

İlham Əliyevi təbrik edənlər arasında dövlət başçıları da var

Azərbaycan prezidenti İlham Əliyevə ad günü münasibəti ilə təbriklər gəlməkdə davam edir. Moldovanın dövlət başçısı İqor Dodon həmkarına  xoş arzularını, seçdiyi yolda uzun illər səmərəli fəaliyyət, yeni böyük uğurlar, xoşbəxtlik, ailəsinə firavanlıq arzu edib. 

"Əminəm ki, Sizin həm ölkədə, həm də xaricdə yürütdüyünüz ölçülüb-biçilmiş, düşünülmüş siyasət bundan sonra da Azərbaycanın və onun xalqının firavanlığına xidmət edəcək.

Fürsətdən istifadə edərək qəti əmin olduğumu bildirirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə birgə səylərimizlə bundan sonra da dərinləşəcək".

Prezidenti təbrik edənlər arasında Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin,  Sloveniyanın Lyublyana şəhərinin meri Zoran Yankoviç, Gürcüstanın prezidenti Salome Zurabişvilidə var.

Gürcü lider Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstəyə görə İ.Əliyevə minnətdarlığımı bildirib.