Prezident Bakıda idman-sağlamlıq klubu açdı

27 Dekabr, 2018 10:38 | Siyasət | Baxış sayı: 39
FHN-nin idman-sağlamlıq klubu
FHN-nin idman-sağlamlıq klubu

Klub Fövqəladə Hallar Nazirliyinin nəzdnindədir

Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun açılışı olub. Açılışda prezident İlham Əliyev də iştirak edib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlət başçısına raport verib.

Prezident İlham Əliyev idman-sağlamlıq klubunun rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Kəmaləddin Heydərov idman-sağlamlıq klubunda yaradılan şərait barədə prezident İlham Əliyevə məlumat verib.