Paşinyanın Putin qarşısında çətin günü

27 Dekabr, 2018 10:05 | Siyasət | Baxış sayı: 136
Vladimir Putin və Nikol Paşinyan
Vladimir Putin və Nikol Paşinyan

Erməni nazir bu gün Rusiyanın bütün suallarına cavab verməli olacaq

Bu gün Moskvada Nikol Paşinyanı çətin danışıqlar gözləyir. Son aylarda Rusiya və Ermənistan arasında gərginliklər artıb. Paşinyanın səfəri də məhz bu çətinlikləri aradan qaldırmaq məqsədi ilə təşkil edilib. Rusiya mətbuatı əmindir ki, Paşinyan üçün Vladimir Putinlə danışıqlarda əsas mövzu qazın qiyməti olacaq. 

Rusiyanın nəql etdiyi mavi yanacaq ermənilər üçün çox vacibdir. Bu ölkə ermənilərə 2 milyard kub metr qaz verir. Müqayisə üçün deyək ki, İrandan alınanq azın həcmi ancaq 380 milyon kubmetrdir. Bunun üçün də Rusiya qazının qiymətinin artması Ermənistanın onsuzda can üstündə olan iqtisadiyyatına ağır zərbə ola bilər. 

Erməni nazir Moskvada bu gün Rusiyanın şərtlərini eşidəcək və görünür ki, onları qəbul etməli olacaq. Rus jurnalistlər deyirlər ki, Rusiyanın əlində  həm siyasəti, həm də iqtisadi "rıçaq"lar var. 

Gündəmdə olan mövzular çoxdur – Ermənistanın KTMT baş katibi məsələsindəki sabotajı, NATO ilə işbirliyi, Gümrüdəki Rusiya bazası ətrafında süni isterika, Ermənistanda çalışan rus şirkətlərinə hücum, eləcə də Ermənistan televiziyasında son rusdilli verilişin bağlanması.

Bütün bu neqativ trendlər hələ 8 ay bundan öncə başlayıb. Sadalanan məsələlər Rusiya ictimaiyyətini narahat etməyə bilməz.

Beləliklə Paşinyan bu gün heç də asan olmayan suallara inandırıcı cavablar verməyə məcbur olacaq.