Ön cəbhədə nə baş verib? RƏSMİ

27 Dekabr, 2018 10:50 | Siyasət | Baxış sayı: 589
Azərbaycan ordusu
Azərbaycan ordusu

Müdafiə Nazirliyindən atışma xəbərinə açıqlama

Müdafiə Nazirliyi Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun ön xətt mövqelərində atışma baş verməsi barədə yaydığı xəbərə aydınlıq gətirib.

Nazirlikdən İstiPress-ə verilən məlumata görə, bu, Ermənistan tərəfinin öz ordusundakı baş verən xaos, intizamsızlıq və özbaşınalıq hallarını gizlətmək, o cümlədən dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində mülki vətəndaşlarımızı atəşə tutmasından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa hesablanmış ucuz təbliğatıdır.

"Bildiririk ki, Azərbaycan Ordusunun mövqelərində heç bir hadisə baş verməyib və bölmələrimiz əməliyyat şəraitinə nəzarət edir".