Azərbaycanın ən yaxın qonşusunun yeni bombası VİDEO

27 Dekabr, 2018 11:42 | Siyasət | Baxış sayı: 371
Bomba
Bomba

HARBAS-da 1 tonluq "MK-84" testdən keçirilib

Türkiyə səsdən sürətli bombasını təqdim etdi. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğanın açılışını etdiyi Hərb Başlığı Relsli Sistem Dinamik Test Xəttində (HABRAS) nəfəs kəsən sınaq həyata keçirilib.

2 min metr uzunluğu olan Avropanın ən uzun cüt reysli test xəttində hərəkət edən bir tonluq bomba səs sürətini keçib. Saatda 1850 km sürət yığan "MK-84" bombası bir metrlik polad başlığı ilə gücləndirilmiş beton hədəfi uğurla dələ bilib. "MK-84" rels üzərində səs sürətinin 1,5 qatına çatıb. 

Sənaye və texnologiya naziri Mustafa Varank testin uğurla başa çatdığını elan edib. "Tarixi bir ana şahid olduq. Bu müdafiə sənayemiz üçün olduqca önəmlidir". 

HABRAS-ın açılışı oktyabrın 31-də baş tutub. Burada istehsal edilən milli silah-sursatın, istehsal mərhələsində olan məmulatların, eləcə də xaricdən əldə edilən silah sistemlərinin əməliyyat şəraitində fərqli hədəflər üzərində testləri həyata keçirilir. HABRAS-ın açılışından öncə xaricdə gerçəkləşən testlər ev sahibi olan ölkələr tərəfindən də izlənilirdi. Bu qurumun bəznəri olan xəttlər ABŞ, İngiltərə, Fransa, Almaniya kimi çox az sayda ölkədə var.