Xainlərin aprel döyüşləri zamanı düşmənlə yazışmaları aşkarlandı

27 Dekabr, 2017 14:56 | Siyasət | Baxış sayı: 1283
Aprel döyüşləri zamanı cəbhə bölgəsində döyüşlər davam edərkən. Foto: Vahid Mustafa Yev
Aprel döyüşləri zamanı cəbhə bölgəsində döyüşlər davam edərkən. Foto: Vahid Mustafa Yev

Onların düşmən tərəflə yazışmaları kompüter və telefonlardan silinsə də bərpa edilib

2016-cı ilin aprel hadisələrində erməni tərəfə casusluq edən şəbəkənin yazışmaları bərpa olunub və sübuta yetirilib.

İstiPress-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Fuad Cavadov deyib.

F.Cavadov qeyd edib ki, casus şəbəkəsinin bəzi üzvləri məlumatları ötürəndən sonra silərək məsuliyyəti öz üzərilərindən atmaq istəyib:“Həmin şəxslər iddia edirdilər ki, onlar casusluq etməyib və ermənilərə heç bir məlumat ötürməyiblər.

Fuad Cavadov - Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi
Fuad Cavadov - Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi

Lakin onların kompüter və mobil telefonları bizim mərkəzə təqdim edildi. Mərkəzin avadanlıqları vasitəsilə həmin şəxslərin düşmən tərəflə yazışmaları bərpa edildi və istintaqa təqdim olundu. Yəni onların düşmən tərəflə yazışmaları kompüter və telefonlardan silinsə də, avadanlıqlar vasitəsilə həmin yazışmalar bərpa edildi”.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Müdafiə Nazirliyi ilə birlikdə keçirilmiş əməliyyat zamanı təmas xətti boyu yerləşən ərazilərdə Ermənistan kəşfiyyatı ilə əməkdaşlıq edən bir qrup hərbçinin və mülki şəxsin həbsi barədə bu ilin yazında rəsmi məlumat yayıb.

Trend