Rusiyadan Türkiyəyə milyard dollarlıq super silah

27 Dekabr, 2017 09:40 | Siyasət | Baxış sayı: 351
966
966

S-400-ün qiyməti açıqlandı

Türkiyə hakimiyyəti Rusiyadan 4 divizyon "S-400" "Triumf" zenit-raket komleksinlərini əldə edib. İstiPress-in TASS-a istinadla verdiyi məlumata görə, kompleksin müqavilə dəyəri 2,5 milyard dollardır. Bu barədə açıqlamanı "Rostex"-in baş direktoru Sergey Çemezov verib. 

Onun sözlərinə görə, Türkiyə bu sistemi əldə edən ilk NATO ölkəsidir. "İlk çatdırmaları 2020-ci ilin martında başlamağı planlaşdırırıq. 

Deyə bilərəm ki, müqavilə dəyərinin 45 faizi avans şəklində, qalan 55 faizi isə Rusiyanın verdiyi kreditlərlə ödəniləcək. Biz hazırda adıçəkilən kompleksi Səudiyyə Ərəbistanına çatdırmaq barədə danışıqların son mərhələsindəyik. ümumiyyətlə bu il Yaxın Şərqlə əməkdaşlığa böyük diqət yetirmişik. Fars körfəzi ölkələri ilə bir neçə ortaq layihəni reallaşdırmaq üzrə böyük iş görülüb".

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabr ayının 12-də S-400 kompleksinin alışına dair Ankaranın Moskva ilə müqavilə imzaladığını açıqlamışdı.