"Rusiya dünya miqyasında sabitləşmə amilidir"

27 Dekabr, 2017 08:53 | Siyasət | Baxış sayı: 64
İlham Əliyev və Vladimmir Putin
İlham Əliyev və Vladimmir Putin

İlham Əliyev Putinlə görüşüb

"Rusiya dünya miqyasında sabitləşmə amilidir və beynəlxalq məsələlərdə aparıcı rollardan birini oynayır". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə deyib.

Azərbaycanın dövlət başçısı qeyd edib ki, Rusiya MDB-ni birləşdirən ölkə, birliyin əsas dövlətidir. Buna görə də Rusiyada baş verən müsbət proseslər bütün üzv ölkələrə təsir edir.

"Rusiya Vladimir Putinin rəhbərliyi altında ictimai-iqtisadi inkişafda çox böyük müvəffəqiyyətlərə nail olub".

Xatırladaq ki, prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfər edib. Məqsəd MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etməkdir.