Ermənistanın Gürcüstan üçün hazırladığı böyük məğlubiyyət

27 Dekabr, 2017 16:49 | Siyasət | Baxış sayı: 465
Rusiya ordusu Gürcüstanın Qori şəhərini işğal edir - 2008-ci il
Rusiya ordusu Gürcüstanın Qori şəhərini işğal edir - 2008-ci il

Moskva Gürcüstanın əli ilə Qarabağ üçün presedent hazırlayır

Ermənistan Gürcüstanı Abxaziya və Cənubi Osetiyanın itkisi ilə barışdırmağa çalışır.

İstiPress-in məlumatına görə, erməni KİV-lərini oxuduqda bu işə həm Ermənistan siyasətçilərinin, həm də diaspora fəallarının qoşulduğunu görmək olar.

Mətbuatdan həm də onu görmək olur ki, Gürcüstanı məğlubiyyətlə razılaşdırmağa çalışan erməni aktyorların arxasında Gürcüstan torpaqlarını işğal etmiş Rusiya durur.  Rusiya 2011-ci ildə Gürcüstanın ABŞ təzyiqi altında Moskva ilə imzaladığı "Gömrük inzibatçılığı mexanizmləri və malların monitorinqinin əsas prinsipləri haqqında" sazişi həyata keçirməyə çalışır. Bu müqavilənin imzalanması Rusiyanın Dünya Ticarət Təşkilatına daxil olması üçün vacib idi. İndi Gürcüstan Rusiya ilə danışıqlar apararaq Rusiya ilə Abxaziyanın, yaxud Rusiya ilə Cənubi Osteiya  arasında öz gömrük məntəqələrini  yerləşdirməyə çalışır. Bu, baş tutarsa, təbii ki, Rusiyanın Gürüstanın ərazi bütövlüyünü tanıması demək olar. Amma Kreml Abxaziya və Cənubi Osetiyanın dövlət müstəqilliyini tanıyıb, Gürcüstanın bu iki işğal edilmiş zonasında ordu saxlayır və belə görünür ki, bunlardan imtina etmək fikri yoxdur.     

Əksinə, erməniləri və digər emisarları işə qataraq Gürcüstanı öz şərtindən daşındırmağ a çalışır. Moskva, özü ilə bağlı olan bütün mətbuat ruporunu işə salıb. Məsələn, Rusiyanın maliyyələşdirdiyi “Sputnik Armeniya” portalının müraciət etdiyi Rusiya Strateji Tədqiqatlar İnstitunun Qafqaz tədqiqatları sektorunun rəisi Artur Atayev iddia edib ki, Abxaziya dəmir yolunun açılmasından regionda hər kəs - ermənilər, abxazlar, gürcülər və ruslar qazanacaqlar, itirən isə yalnız Azərbaycan olacaq.

Gürcüstanın işğal edilmiş Abxaziya və Cənubi Osetiya bölgələri
Gürcüstanın işğal edilmiş Abxaziya və Cənubi Osetiya bölgələri

Erməni şərhçilər və siyasətçilər iddia edirlər ki. Abxaziya və Cənubi Osetiya dəhlizlərinin açılması Gürcüstan iqtisadiyyatı üçün yararlı olacaq. Guya Tiflis həmin dəhlizlərdən keçən Ermənistan, İran və Türkiyə yüklərindən tranzit haqqı alacaq. Amma diqqətlə fikir verdikdə bütün bu iddiaların yalan olduğu ortaya çıxır. Birincisi, Ermənistana gələn yüklərin 80 faizi Rusiydan gəlir və onların hamısı indi də Gürcüstandan keçir. Yəni gürcülərin erməni yüklərindən qazanca artmır, əksinə Rusiyaya keçid yolları artandan sonra erməni nəqliyyat vasitələrinin Gürcüstanda qalma müddəti, uyğun olaraq onların Gürcüstanda xərclədiyi pullar azalacaq.

Rusiyanın bu məsələdə gözlədiyi qazanc çoxdur. Gürcüstan Ermənistanın qılıqlı dilinə uyarsa, Rusiyanın Abxaziyanı və Cənubi Osetiyanı ilhaqı qanuniləşəcək, həmçinin Rusiya Dəmir Yolları yeni çəkilmiş Qars - Axalkalaki dəmir yoluna birbaşa çıxış əldə edəcək ki, Türkiyəyə və region ölkələrinə vaqonları Azərbaycandan yan keçməklə göndərə biləcək. Ermənilərin bu oyuna qoşulmasının digər səbəbi də Azərbaycanı ümid etdiyi bir sıra gəlirlərdən məhrum etməkdir.

Ermənilərin ən böyük istəyi isə Gürcüstana öz ərazi itkiləri ilə barışmağa razı salmaqdır. Onların fikrincə, Cənubi Qafqazın qərb tərəfindən ən çox dəstəklənən ölkəsi Gürcüstan işğal amili ilə barışarsa, bu, Azərbaycan üçün də presedent ola bilər.

Hazırkı Gürcüstan rəhbərliyi Gürcüstanın ən rusiyapərəst siyasətçisi Bdzina İvanişvilinin varisləridir. Ola bilər ki, Rusiyanın müəyyən maliyyə və siyasi təzyiqləri altında bu oyuna düşə bilərlər. Amma Azərbaycan buna yol verməməlidir və daimi Gürcüstanın yanında yer alaraq şimaldan və cənubdan gələn təhlükə barədə xəbərdarlıq etməlidir.