Erməni siyasətçilərin "unudulmaz" sözləri

27 Dekabr, 2017 12:35 | Siyasət | Baxış sayı: 220
İrəvan
İrəvan

Sona çatan ildə erməni siyasətçilər "dərin düşünülümüş" ifadələri ilə yadda qaldılar. İstiPress onlardan bəzilərini oxuculaçrına təqdim edir: dirik.

“Əgər insan ancaq kartof və makaron qəbul edirsə ətin bahalaşması ona təsir etməyəcək” - deputat Xosrov Arutunyan.

“Məgər bizim büdcə varki, onu da oğurlayaq? Biz yoxsul ölkəyik" - Seyran Saroyan deputat

“Məgər elə müəllimlər yoxdur ki, bu işlə məşğul olmasalar yaxşıdır. Elə həkimlər yoxdur ki, bu peşəni seçməsələr yaxşı idi?” - baş nazir Karen Karapetyan 5,5 min müəllim və həkimin ixtisarı ilə bağlı.

“Əgər Azərbayacanla müharibə başlasa, ruslardan başqa biz kimə ümid edə bilərik?- keçmiş müdafiə naziri Laqaraşaq Arutunyan.

“Russiya Ermənistanı məhv etməyə tələsir. Ölkədə 5-ci kalon yaratmaq istiqamətində addımlar atır” - İrəvan universitetinin dosenti Narina Dilbaryan. 

“Əgər məmurların övladları sağlam olsaydılar, onlar mütləq orduda xidmət edərdilər” - FHN rəhbəri David Tonoyan.

"Ermənistandan qızların 25 faizi 15 yaşa kimi seksual təcrübəyə malik olurlar"- səhiyyə naziri Levon Altunyan.  İctimaiyyətin sərt reaksiyasından sonra o fikirini dəyişdi "Efində yanlışlıq olub. Oğlanlar əvəzinə qızlar demişəm". 

“Mənim heç nəyim yoxdur, nə pulum, nə biznesim. Necə seçkiqabağı rüşvət paylaya bilərəm?” - deputat, şəkər istehsasını monopoliyaya alan, marketlər şəbəkəsinin sahibi  Sanvel Aleksanyan. 

“Pul paylamağı hədiyyə kimi qəbul etmək lazımdır, səs almaq kimi yox” - parlamentin vitse spikeri Ermine Naqdalyan.

Erməni siyasətçilərin belə yaddaqalan ifadələrini sonsuza kimi uzatmaq olar.