Azərbaycan ön cəbhəni möhkəmləndirir - FOTOLAR

27 Dekabr, 2017 15:40 | Siyasət | Baxış sayı: 288
Qoşunların təmas xətti
Qoşunların təmas xətti

General-polkovnik Zakir Həsənov qoşunların təmas xəttindədir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-inşaat işləri davam etdirilir.

Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada tikilməkdə olan bir sıra hərbi obyektlərdə olub.

Tikintilər aparılan ərazilərə baxış keçirən Müdafiə naziri general-polkovnik Zakir Həsənov inşaat işlərinin gedişatını yoxlayıb və müvafiq tapşırıqlar verib.