Qarabağ qaziləri evlərində ziyarət edilib

27 Noyabr, 2020 17:39 | Siyasət | Baxış sayı: 65

Quba İH başçısı Ziyəddin Əliyev bu gün daha 5 Qarabağ qazisini ziyarət edib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Ziyəddin Əliyev rayon İH-nin məsul işçiləri və inzibati orqanların rəhbərlərilə Quba şəhərində cəbhədən yaralanaraq gəlmiş qazilərin evinə gedib.

Yaralı döyüşçülərlə səmimi söhbət edən rayon rəhbəri onları tarixi qələbə münasibətilə təbrik edib, hər birinə şəfa arzulayıb. Qeyd edib ki, "Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyilə Şanlı Ordumuzun uğuru misilsizdir. Hər biriniz bu qələbəyə öz töhfənizi qatmısınız və dövlət sizin xidmətlərinizi unutmayacaq."

Yaralı döyüşçülərin ailələrinə qələbə sovqatları təqdim edilib, problemlərilə maraqlanılıb. Bu gün də daxil olmaqla indiyədək Qubada cəbhədə xüsusi şücaət göstərib qazi kimi qayıdan 33 döyüşçü  evində ziyarət edilib.