İH başçısının ölüm xəbəri doğru çıxmadı

27 Noyabr, 2020 14:51 | Siyasət | Baxış sayı: 153
Vahid Tağıyev
Vahid Tağıyev

"Ağsu İH başçısı Vahid Tağıyevin vəziyyəti stabildir. Bakıda xəstəxanada müalicə olunur."

İstiPress-in şimal bürosuna bu sözləri Ağsu İH başçısının müavini  Sevil Mirzəliyeva Vahid Tağıyevin Coviq-19-dan vəfat etməsi ilə bağlı yayılan xəbərə münasibətlə deyib.

Sevil Mirzəliyeva  deyib ki,bu informasiya yalandır. Belə bir yoxlanılmamış məlumarın yayılması yaxşı deyil və ih olaraq biz buna  çox təəssüf edirik.Başçının müavini qeyd edib ki,bu informasiya haradan çıxıb deyə bilmərik,İh-dən  çıxmayıb.Onun sözlərinə görə,xəstəxanada Vahid Tağıyevin müalicəsi davam etdirilir.Allahdan dua edək ki,hamının gözəl insan kimi tanıdığı Vahid Tağıyev tezliklə sağalıb iş başına qayıtsın.