Qarabağı müharibə ilə qaytaracaq üçüncü cəbhə

27 Noyabr, 2018 17:49 | Siyasət | Baxış sayı: 901
Azərbaycan ordusu döyüş zamanı
Azərbaycan ordusu döyüş zamanı

Azərbaycanın İkinci Qarabağ münaqişəsinə başlaması qaçılmaz olacaq

Keçmiş inqilab yoldaşı David Şahnazaryanın baş nazir əvəzi Nikol Paşiyanı Qarabağı Azərbaycana qaytarmağa hazırlamaqda günahlandırması  Ermənistanda “Sasna tsrer” kimi ultra-millətçi üçüncü cəbhənin fəallaşmasına imkan yaradıb.

İstiPress-in məlumatına görə, inqilabdan sonra keçmiş iqtidara – Respublika Partiyasına yaxınlaşmış və onların seçki siyahısında üçüncü olan David Şahnazaryan hazırda Paşinyanın silahdaşı olan Qarabağ müharibəsi iştirakçıların biri Sasun Mikaelyanın sözlərini əsas gətirir. Sasun Melikyan seçicilərlə görüşdə aprel inqilabının Qarabağ müharibəsində qələbədən daha önəmli olduğunu bildirib.

Qarabağı Azərbaycandan qoparmaqda maraqlı olan Qarabağ klanı David Şahnazaryanın şəxsində dərhal buna reaksiya verib. Sasun Mikaelyanın bəyanatını şərh edən Şahnazaryan deyib ki, bununla hakimiyyət Qarabağ məsələsində güzəştlər üçün zəmin hazırlayır və Mikaelyanın sözləri ictimai rəyi yoxlamaq cəhdidir. Şahnazaryan hesab edir ki, Paşinyan Qarabağ məsələsi üzrə güzəştlər hesabına xaricdən legitimlik dəstəyi almağa səy göstərəcək.

Təbii ki, seçki kampaniyası üçün təhlükə yarandığını görən Nikol Paşinyan da boş dayanmayıb. O, dərhal Respublika Partiyasını orduya ayrılmış vəsaitləri mənimsəməkdə günahlandırıb. 2016-cı ildə baş vermiş aprel döyüşlərindən  sonra Serc Sarkisyanın  Ermənistan ordusunun 1980-ci illərin silahı ilə vuruşduğunu etiraf etdiyini bildirən Paşiyan  bunun əsas günahkarının Qarabağ klanı olduğunu söyləyib. O, Sarkisyanın qardaşının multi milyoner olduğunu, Koçaryan ailəsinin yüz milyonlarla dollara malik olduğunu bildirib. Yəni Paşiyanın çıxışı daha patriot notlara köklənib.  O, hətta Qarabağı danışıqlar masasına qaytarmaq niyyəti barədə poppulist bəyanatını bir daha təkrarlayıb.  

Yəni Paşinyan bir daha Minsk qrupu çərçivəsində aparılan danışıqlara sadiq olmadığını, hakimiyyəti əldə saxlamaq üçün  hər cür populizmə gedəcəyini bir daha sübut edib. Bu məsələ Azərbaycan XİN tərəfindən bu gün səsləndirilmiş bəyanatda da vurğulanıb. Bunlar aydındır.

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli
Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli

Amma Paşinyanın bu günkü davranışı onu göstərdi ki, erməni inqilabının lideri bir neçə gün əvvəl dediyi kimi Qarabağ üzrə indiyə kimi verilmiş vədlərə əməl etmək iqtidarında deyil. Ermənistan rəhbərliyinin daha əvvəl verilmiş vədlərinə görə, işğalçı ordu Azərbaycanın beş rayonunu tərk etməlidir və bundan Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri açılmalıdır. İndiki durumda bu Rusiyanı da qane edən variantdır, çünki qərblə düşmənçilik edən Moskva arxa bacçası saydığı Cənubi Qafqazda öz patronajı altında sülh istəyir.  Rusiya ilə münasibətləri yaxşı tutmağa məhkum Paşinyan bu addımı atmalıdır. Gürcüstan tərəfdən taxıl blokadasına salınmış Ermənistan üçün bu, bir növ növbəti miqrasiya fəlakətindən xilas yolu da ola bilər.

Lakin respublikada indi yaranmış durum onu göstərir ki, Paşinyan bu addımları ata bilməyəck. Çünki onu bu yoldan çəkindirməyə hazır sihalı müxalifət – “Sasna tsrer” fərqli bəyanatlar səsləndirir.  İki il qabaq Serj Sarkisyanı silahlı üsyan yolu ilə yıxmağa qalxmış qurum Ermənistanı danışıqlar prosesindən çıxarmağa, həmçinin KTMT və Avrasiya İttifaqı kimi rus qurumlarından çıxmağa çalışır. “Sasna tsrer”in xalq arasında reytinqi yüksəkdir və məhz buna görə Paşinyan qurumun Livan vətəndaşı olan lideri Cirayr Sefilyanı türmədən çıxararaq vətəndaşlıq verdi, seçkilərdə iştirakına imkan yaratdı. Amma belə görünür ki, “Sasna tsrer”in  daha ciddi hədəfləri var və hakimiyyətə gəlmək istəyir. Bunün üçün Nikol Paşinyanın reytinqinin düşməsini gözləyir.  Qurum buna görə Paşiyanı seçkini dekabrın 9-da yox, iki il sonra keçirməyə çağırır.

“Sasna tsrer”in hakimiyyətə gəlməsi Azərbaycanın İkinci Qarabağ münaqişəsinə başlamasını qaçılmaz edəcək. Aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu Ermənistan ordusundan 5 dəfəyə qədər güclüdür, çünki Ermənistan bütün qüvvələrini döyüşə cəlb etsə də, Azərbaycan qüvvələrinin 20-25 faizi ilə döyüşürdü. Azərbaycan ordusunun 4-5 dəfə güclü olmasını erməni general Norat Ter-Qriqoryans da vurğulamışdı. Üstəgəl, “Sasna tsrer”in hakimiyyəti dövründə Ermənistan Rusiyadan ənənəvi dəstəyini də ala bilməyəcək. Aprel döyüşlərində Azərbaycan ordusunun irəliləməsini məhz Rusiya dayandırmışdı.

Amma bununlva belə Azərbaycan rahatlaşmamalı və ordusunu daha da gücləndirməlidir. Azərbaycanın Qarabağda tam və qəti qələbəsinin təmini üçün ordumuz Ermənistan ordusundan ən azı 6 dəfə güclü olmalıdır – bu, ABŞ hərbi doktrinasının əsas tələbidir. ABŞ ordusu 6 dəfə güclü olmadığı heç bir hədəfin üstünə getməz, çünki itki çox ola bilər.  Bu tələb əksər döyüşlərdə böyük uğur gətirib. Məsələn, İraqın bir nqeçə gün ərzində işğalı ilə nəticələnmiş “Səhrada tufan” əməliyyatında ABŞ ordusu cəmi bir neçə əsgər itirmişdi, məğlub İraq ordusunun itkiləri isə minlərlə ölçülürdü.  Azərbaycan da öz ordusunu  ən azı altı dəfə güclü vəziyyətə gətirməlidir.