Putin Bakıdakı səfirini geri çağırdı

27 Noyabr, 2017 17:30 | Siyasət | Baxış sayı: 298
Valdimir Putin - Rusiya prezidenti
Valdimir Putin - Rusiya prezidenti

O, 2009-cu ilin fevral ayının 24-dən bu vəzifəni tuturdu

Rusiyanın  Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin vəzifəsindən azad edilib. 

İstiPress RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə fərman Rusiya prezidenti  Vladimir Putin tərəfindən verilib və hüquqi informasiya internet-portalında yerləşdirilib.

Doroxin 2009-cu ilin fevral ayının 24-dən bu vəzifəni tuturdu.