Böyük faciə - yüzlərlə insan ölüb

27 Noyabr, 2017 09:12 | Siyasət | Baxış sayı: 175
Ballistik raketin sınağı
Ballistik raketin sınağı

Cənubi Koreyadan yeni nüvə iddiası

Şimali Koreya sentyabr ayında həyata keçirdiyi nüvə sınağı böyük faciəyə yol açıb. İstiPress-in məlumatına görə, bu barədə məlumatı Cənubi Koreya mediası yayıb.

İddiaya görə, güclü silah sınağından sonra zəlzələ meydana gəlib. Nəticədə bir çox bina çöküb. Dağıntılar altında isə uşaqlar da daxil olmaqla çox sayda insan qalaraq ölüb.

İddianın nə dərəcədə doğru olduğu bəlli deyil.

Xatırladaq ki, Şimalı Koreya sentyabr ayında altıncı dəfə nüvə sınağı həyata keçirib və qitələrarası raket sisteminə sığan hidrogen bombası partlatmışdı. Bu partlayışlardan sonra ölkənin nüvə test poliqonu yaxınlığında iki zəlzələ qeydə alınıb.

Yaponiya, Cənubi Koreya və ABŞ təkanların partlayışların təsirindən meydana gəldiyini açıqlayıblar.