Erməni əsgərləri yüksəkliyi belə tərk etdilər - VİDEO

27 Oktyabr, 2020 11:25 | Siyasət | Baxış sayı: 229

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində Dağlıq Qarabağda erməni ordusunun müdafiəsi yarılıb.

İstiPress-in məlumatına görə, Ermənistanın hərbi komandanlığı tələm-tələsik könüllülərdən ibarət qruplara üz tutur. Bir çox hallarda könüllüləri cəbhə xəttinə ərzaq, sursat və silahsız gətirirlər.

Sosial şəbəkələrdə, erməni hərbçilərinin növbəti qrupunun haradasa cəbhə xəttinə atıldığı və komandanlıqsız qaldığını əks etdirən yeni kadrlar yayılıb.

Görüntüləri lentə alan erməni hərbçi ordudakı pərakəndəlikdən danışaraq bildirib: “Baxın, ay millət, bu artıq 3-cü gündür. Bunlar Armavir və digər vilayətlərdən gələnlərdir. Üç gündür yağışın altındayıq-nə yemək var, nə də adam. Gətirib atıblar bura, gediblər. Heç kimin vecinə deyilik. 3 gündür vəziyyətimiz budur. Gəlin silahları götürək düşək aşağı – hərbi hissəyə. Belə yerdə qalmaq olar?”.