Kataloniya müstəqilliyini elan etdi

27 Oktyabr, 2017 18:22 | Siyasət | Baxış sayı: 286
Kataloniya parlamenti
Kataloniya parlamenti

Rəsmi Madrid cavab addımı atdı

İspaniyanın Kataloniya muxtar vilayətinin parlamenti regionun müstəqilliyi lehinə səs verib.

Səsvermədən sonra müstəqilliyin əldə olunması ilə bağlı prosedur başlayacaq.

İspaniya Senatı isə buna cavab olaraq Kataloniyada birbaşa idarəçiliyin tətbiqi barədə qərar qəbul edib.

Xatırladaq ki, oktyabrın 1-də Kataloniya rəhbərliyi müstəqillik haqqında qanunsuz referendum keçirib.