Bir il qabaq ölən kral üçün 5 günlük vida FOTOLAR

27 Oktyabr, 2017 13:55 | Siyasət | Baxış sayı: 80
Kralın yandırılması
Kralın yandırılması

Kralın qalıqlarına oğlu od vurub

Taylandın bir il öncə ölən kralı üçün cənazə mərasimi keçirilib. İstiPress-in məlumatına görə, kral Bhumibol Adulyadejin dəfn mərasimi ötən gün başlayıb. Mərasim 5 gün davam edəcək. 

Kral son dəfə 14 tonluq qızılı arabada Bankonk küçələrindən keçirilib. Ənənəvi geyimlərdə olan 2 minə yaxın insan tonlarla ağırlığı olan və orta əsrdən qalan arabanı kremasiya (meyitlərin xüsusi peçlərdə yandırılması) keçiriləcək yerə gətirib. Xalqın onunla vidalaşması üçün 2 kilometerlik yolu onlar 5 saata qət ediblər. Hərbçiləri barabanlar və fleyta çalanlar müşahidə ediblər. Daha sonra onun qalıqları oğlu Maha Vatçiralonqkona verilib. O isə bu qalıqları odda yandırıb. 

Xalq kralı ilə bir il ərzində vidalaşıb. Onunla son görüşəy 12 milyondan çox adam gəlib. Bütün bu zaman ərzində şəhərin mərkəzində iri məbəd kompleksi qurulub. 

Vida mərasimini izləmək üçün isti hava və tropik yağışlara baxmayaraq ölkənin müxtəlif yerlərindən mərkəzi meydana 4 milyondan çox insan toplaşıb. Əsas şərt isə qara geyinmək olub. 

Yeni kral atasının vida mərasimi üçün heç bir xərcdən çəkinməyib. Kralın yandırılacağı qızıl örtüklü soba 10 ayda hazırlanıb. 222 yaşı olan və 26-çcı dəfə istifadə edilən 14 tonluq, 11 metr hündürlüyü olan araba da yarım ilə hazır vəziyyətə salınıb. 

Xatırladaq ki, ölkəni 70 il idarə edən 88 yaşlı Tayland kralı ötən ilin oktyabr ayında ağciyər infeksiyası və böyrək çatışmazlığından vəfat edib. 

Xalq kralı ilə bir il ərzində vidalaşıb. Onunla son görüşəy 12 milyondan çox adam gəlib. Bütün bu zaman ərzində şəhərin mərkəzində iri məbəd kompleksi qurulub. 

Vida mərasimini izləmək üçün isti hava və tropik yağışlara baxmayaraq ölkənin müxtəlif yerlərindən mərkəzi meydana milyondan çox insan toplaşıb. 

 

Yeni kral atasının vida mərasimi üçün heç bir xərcdən çəkinməyib. Kralın yandırılacağı qızıl örtüklü soba 10 ayda hazırlanıb. 222 yaşı olan və 26-çcı dəfə istifadə edilən 14 tonluq, 11 metr hündürlüyü olan araba da yarım ilə hazır vəziyyətə salınıb. 

Xatırladaq ki, ölkəni 70 il idarə edən 88 yaşlı Tayland kralı ötən ilin oktyabr ayında ağciyər infeksiyası və böyrək çatışmazlığından vəfat edib. 

Taylandda kral ailəsinə hörmət olduqca böyükdür. Bunun üçün də vida mərasimində iştirak etmək üçün ancaq bir şərt olub - qara geyim. Ümumiyyətlə Tayland adətlərinə görə, qadınlar mərasimdə qısa, çiyni açıq geyim, açıq ayaqqabı geyinə bilməzlər.