Xüsusi təyinatlılar düşmənin hava hücumundan müdafiə vasitələrini dağıtdı FOTO

27 Sentyabr, 2019 17:15 | Siyasət | Baxış sayı: 296
"Qafqaz qartalı-2019"
"Qafqaz qartalı-2019"

“Qafqaz Qartalı - 2019”un növbəti mərhələsi olub

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə keçirilən “Qafqaz Qartalı - 2019” təliminin növbəti mərhələsi icra olunub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu mərhələdə xüsusi təyinatlılar terrorçular olan binanın həmlə ilə zəbt edilməsi, eləcə də şərti düşmənin hava hücumundan müdafiə vasitələrinin sıradan çıxarılması üzrə tapşırıqları yerinə yetiriblər.

Fəaliyyətlər aviasiyanın dəstəyi ilə həyata keçirilib.

Xatırladaq ki, oktyabrın 1-dək davam edəcək təlimdə Pakistan hərbi qulluqçuları müşahidəçi qismində iştirak edir.