Türkiyə Rusiyandan yeni ən güclü qırıcı alır?

27 Sentyabr, 2019 16:25 | Siyasət | Baxış sayı: 89
Su-35
Su-35

Rusiyadan "Su-35" açıqlaması

Rusiya "Su-35" savaş təyyarələrinin satışı üçün Türkiyə ilə danışıqlara davam edir. Hələlik detallardan danışmaq tezdir. Bunu Rusiya Federal hərbi-texniki əməkdaşlıq xidmətinin rəhbəri Dmitri Şuqayev deyib. 

"Hələlik hər hansı razılaşmadan danışmaq, konkret nəyəsə nail olduğumuzu demək üçün tezdir. Ancaq ekspertlər, mütəxəssislər səviyyəsində məsləhətləşmələr aparılır". 

Xatırladaq ki, ABŞ Rusiyadan S-400 kompleksi aldığı üçün Türkiyəni "F-35" qırıcı proqramından uzaqlaşdırıb. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan isə lazım gələrsə "F-35"də alternativ tapa biləcəklərini istisna etməyib.