Putin Paşinyanı "iqnor" edir

27 Sentyabr, 2019 11:46 | Siyasət | Baxış sayı: 221
Vladimir Putin və Nikol Paşinyan
Vladimir Putin və Nikol Paşinyan

Rus lider reytinqi düşən erməni nazirlə görmək istəmir

Ermənistan baş nazirinin reytinqi yenidən kəskin düşüb.  Ötən il baş nazir postuna  seçildikdən sonra Nikol Paşinyan müntəzəm olaraq sorğular keçirərək öz populyarlığını yoxlayırdı. İlk vaxtlar onun reytinqi yüksək olub. Lakin bu uzun sürmədi. Bir neçə aydan sonra Paşinyan öz populyarlığını itirməyə başladı. 

“Qraparaq” əhali arasındakı növbəti sorğunun nəticəsini elan edib. Bu nəticələrə görə, Paşinyanın reytinqi 25 faizə düşüb. Bir ay bundan öncə bu rəqəm təqribən 40 faiz idi. Güc sturukturları rəhbərlərinin qalmaqallı istefaları, eləcə də ermənilərin böyük ümid bəslədikləri ABŞ səfərinin iflası buna səbəb olan amillərdəndir.

İndi ermənilər Rusiya prezidenti Vladimir Putinin səfərini gözləyirlər. Paşinyanın Kreml qarşısında yaltaqlanmasına baxmayaraq iki ölkə arasındakı münasibətlər o qədər də yaxşı deyil. Putinin səfərindən də yaxşı heç nə gözləmək lazım deyil. Rusiyalı ekspert Yevqeni Mixaylov belə deyir. Onda olan məlumata görə, İrəvan səfəri zamanı Putin və Paşinyan arasında ikitərəfli görüş planlaşdırılmayıb. Mixaylovun fikrincə, Putin erməni naziri diplomatik etiketin imkan verdiyi qədər "iqnor" edəcək.