Fransa matəm elan etdi - Şiraka görə

27 Sentyabr, 2019 09:10 | Siyasət | Baxış sayı: 41
Jak Şirak
Jak Şirak

Eyfel qülləsi də qaranlığa qərq olub

Parisin əsas görməli yerlərindən olan biri Eyfel qülləsi, Fransanın keçmiş prezidenti Jak Şirakın xatirəsinə işıqlarını söndürülüb. Qüllə qısa müddət də olsa qaranlığa qərq olub. 

Bundan başqa sentyabrın 30-da bütün ölkədə matəm elan edilib. Bu barədə prezident Emanuel Makronun admnistrasiyasından məlumat verilib. 

Dövlət idarələrində bayraqlar endiriləcək, bir dəqiqəlik sükut elan ediləcək.

Şirak Fransaya 12 il - 1995-ci ildən 2007-ci ilə qədər rəhbərlik edib. Keçmiş prezident ötən gün 87 yaşında dünyasını dəyişib.