ABŞ qərar verdi - Səudiyyəyə də hərbçi göndərilir

27 Sentyabr, 2019 10:42 | Siyasət | Baxış sayı: 37
ABŞ hərbçisi
ABŞ hərbçisi

Hərbi qüvvələr son hücumlara görə göndərilir

ABŞ Müdafiə Nazirliyi "Aramco" - neft zavoduna edilən hücumdan sonra Səudiyyə Ərəbistanına 200 hərbçi, bir "Patriot" havadan müdafiə sistemi batareyası və 4 qısa mənzilli radar sistemi göndərəcək. Bu barədə Pentaqon sözcüsü məlumat verib. 

Conatan Hoffmanın sözlərinə görə, ləvazimatlar son hücumların fonunda və Səudiyyənin tələbi qarşılığında göndəriləcək. O, qeyd edib ki, bunlar Səudiyyə Ərəbistanının mülki və hərbi obyektlərini qorumaq üçün önəmli qatqıdır. 

"Nazir bundan əlavə nəqlə hazır əmri üçün əlavə qüvvəllərin də hazırlanmasına razılıq verib.". Əlavə qüvvələrə 2 "Patriot" batareyası və s. ləvazimatlar da daxildir.