Qarabağda erməni hərbçisi öldü

27 Sentyabr, 2018 10:55 | Siyasət | Baxış sayı: 89
Erməni əsgərin əşyaları
Erməni əsgərin əşyaları

Aqasi Mkrçyan güllə yarası alıb

Azərbaycanın erməni işğalında olan torpaqlarında daha bir erməni hərbçisi ölüb. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, hadisə ötən gün axşam baş verib. 

Axşam saat 20 radələrində 1999-cu il təvəllüdlü Aqasi Derenikoviç Mkrçyan od silahdan yaralanıb. Onun yarası ölümcül olub. Hərbçinin hansı şəraitdə vurulduğu bəlli deyil.