Putin Bakıda Rusiya-Azərbaycan münasibətlərindən danışdı

27 Sentyabr, 2018 16:47 | Siyasət | Baxış sayı: 145
Vladimir Putin
Vladimir Putin

"Biz maraqların balansına çalışır və bunu bacarırıq"

"Rusiya ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmət və xoşməramlı qonşuluq prinsiplərinə əsaslanıb”. “RİA Novosti”nin məlumatına görə, bunu Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumuna qatılan Rusiya prezidenti Vladimir Putin deyib. 

"Biz maraqların balansına çalışır və bunu bacarırıq. Hazırda Azərbaycan bazarında 700 Rusiya birgə müəssisəsi fəaliyyət göstərir. Rusiyanın Azərbaycan iqtisadiyyatına qoyduğu birbaşa investisiyaların həcmi 1,5 milyard dollardan çoxdur". O, qeyd edib ki, 2017-ci ildə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı 12 faizədək artıb. 

Putin həmçinin bildirib ki, həmkarı İlham Əliyevlə Soçidə bu ilin sentyabrın 1-də baş tutan danışıqlar zamanı bir sıra sənədlər, razılaşmalar imzalanıb. Bunlar dövlətlərarası əlaqələrin gələcək inkişafı üçün əalavə baza yaradır. 

Rusiyanın dövlət başçısı Azərbaycanda rus dilinə olan dəstəkdən də bəhs edib. "Biz rus dilinə marağı görürük və yüksək qiymətləndiririk". O qeyd edib ki, ölkədə rus dilini tədris edən 300-dən çox məktəb fəaliyyət göstərir.