Paşinyanın arvadı gülüş hədəfi oldu

27 Sentyabr, 2018 15:00 | Siyasət | Baxış sayı: 268
Paşinyan arvadı Anna Akopyanla
Paşinyan arvadı Anna Akopyanla

Akopyanın Sankt Peterburq forumuna özü ilə xeyli adam aparması mətbuatı hiddətləndirib

İrəvanda Ermənistanın baş nazirinin arvadı Anna Akopyan ictimai şəxsə çevirmək istəyirlər. Belə ki, bir neçə gün öncə Paşinyanın arvadı Rusiyanın Sankt Peterburq şəhərində Avrasiya qadın forumunda iştirak edib. Bu səfər erməni mətbuatının əsas gündəmi olub. Əslində tədbirin mahiyyəti yox, Akopyanın səfəri manşetləri "bəzəyir". 

Mübahisə predmeti isə maaş, pensiya üçün pul tapmayan ölkə rəhbərliyinin foruma göndərdiyi heyət olub. Belə ki, Anna Akopyan özü ilə hətta sonradan Paşainyanın müşaviri təyin edilən saç ustasını da aparıb. Səfərdə onu həm də təhlükəszilik xidmətinin çox sayda əməkdaşı müşayit edib. 

Qəzetlər yazır ki, bu çox mənazıs və xərc tələb edən addımdır. Rusiya hər zaman qonaqlarının təhlükəziliklərini təmin edir. İndi isə Ermənistanda həm xeyli sayda insan işindən edilir, həm də ölkədə daima çatışmayan pulları belə onlara sərf edirlər. 

Görünür Paşinyan Rusiyadan çox, şəxsi mühafizəsinə daha çox inanaır. Həm də dü.şünür ki, onun arvadının Trampın melaniyasından nəyi pisdirki?