Mehriban Əliyevanın İtaliya səfəri bitdi

27 Sentyabr, 2018 09:37 | Siyasət | Baxış sayı: 36
Mehriban Əliyeva Vatikanda
Mehriban Əliyeva Vatikanda

Birinci vitse-prezident Vətənə qayıdıb

Azərbaycanın birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın İtaliyaya səfəri başa çatıb. 

Birinci xanımın səfəri sentyabrın 25-də başlamışdı. Səfər çərcivəsində Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin, Roma Papası Fransisk ilə görüşüb. Vatikanda bərpa edilən Müqəddəs Sebastian katakombalarının açılışında iştirak edib.

Bundan başqa o  Romadakı Custiniani sarayında “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri” adlı konfransda iştirak edib. 

Birinci vitse-prezidentin şərəfinə İtaliya Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati tərəfindən rəsmi nahar verilib.