Komik İrəvanı sirkə çevirəcək?

27 Sentyabr, 2018 10:28 | Siyasət | Baxış sayı: 70
Ayk Marutyan - İrəvanın yeni meri
Ayk Marutyan - İrəvanın yeni meri

Rusiyanın yeni düşməni - Ermənistan paytaxtının yeni meri

Ermənistanın baş naziri Nikol Paşinyan komandasının siyahısını genişləndirib. İrəvanın yeni meri komik Ayk Marutyan seçilib. Bu insan baş nazirlə çox yaxındır. Təsadüfi deyil ki, Paşinyan seçkiqabağı təşviqat kampaniyasında onun namizədliyini hər yola dəstəkləyirdi.

Komik də dostu kimi qərbyönümlüdür. Hələ 2012-ci ildə Marutyan ailəsi ilə birlikdə ABŞ-a köçüb. Amma sonra anlayıb ki, ABŞ-ın özünün komikləri kifayət qədərdir, onlara erməni lazım deyil. Bunun üçün də yenidən İrəvana qayıtmalı olub.

Rusiyanın bu ölkə üçün etdiklərinə baxmayaraq Marutyan da dostu Paşinyan kimi antirusiya mövqeyini dəfələrlə "Facebook" səhifəsindəki yazılarında dilə gətirib. Görünür Paşinyan antirusiya komandasını toplamaqla Moskvanı tamamilə "iqnor" etmək niyyətindədir.

Bunun üçün də Rusiya prezidenti Valadimir Putinin bu ölkəyə gözlənilən səfəri çətin ki, bu il baş tutsun. Ümumiyyətlə səfər olacaqmı? Bu özü böyük bir sualdır.